خانه / آخرین اخبار / Soçidə ikinci Yalta konfransı: Yeni Suriyanın konturları cızılır

Soçidə ikinci Yalta konfransı: Yeni Suriyanın konturları cızılır

Rusiya, Türkiyə və İran liderləri Suriya nizamlanmasına dair birgə bəyanat qəbul ediblər

 Rusiya prezidenti Vladimir Putin Türkiyə və İran dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaniyə Suriyanın kompleks bərpa olunması üzərində birgə düşünməyi təklif edib.

“Dağıntıların dəhşətli miqyasını nəzərə alaraq Suriyanın bərpa olunmasına dair kompleks uzunmüddətli proqramın hazırlanması üzərində birgə düşünmək olar” — deyə Putin Soçidə üç prezidentin görüşündən əvvəl bildirib.

Rusiya, Türkiyə və İran liderləri görüşün nəticələrinə əsasən Suriya nizamlanmasına dair birgə bəyanat qəbul ediblər. Bəyanatda Soçi şəhərində Suriya Milli dialoq konqresinin keçiriləcəyi vurğulanb.

Görüş barədə danışan RF prezidentinin sözlərinə görə, Rusiya, Türkiyə və İranın birgə səyləri nəticəsində Suriyanın parçalanmasının qarşısı alınıb. Putin Suriyada irimiqyaslı hərbi əməliyyatların artıq sona yaxınlaşdığını vurğulayıb.

O, Suriyada sülh zonalarının yaradılmasını qaçqınların ölkəyə qayıtması üçün vacib addım adlandırıb: “Bizim birgə Suriyada sülh zonaları yaratmaq barədə qərarlarımızdan sonra minlərlə qaçqın öz evinə qayıdıb”.

Putin həmçinin qaçqınların axını ilə bağlı Türkiyədə dəhşətli vəziyyətin yarandığını qeyd edib.

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *