عناوین مطالب:
خانه / آخرین اخبار / Gitarımı konsert izni verilmədiyindən dolayı od vurdum / fəhlə sığortası varımdı
Peyman Keyvani, yolpresslə danışıqda dedi:

Gitarımı konsert izni verilmədiyindən dolayı od vurdum / fəhlə sığortası varımdı

Keçən həftə "Peyman Keyvani"-nin öz inistagram hesabında yayımladığı görüntüdə bir türk pop səbkinin sənətkarı türkcə mahnılar ifa etdiyi səbəbdən, konsert izni ala bilmədiyi üçün gitarına od vurub və "Ərdəbilin Kültür İdarəsinin" ayrımçıl siyasətləri onu gərginləşdiribdir.

yolpress: Təəsüflərlə neçə min il tarixi olan Azərbaycan musiqisi, İranda çoxlu sıxıtılarla qarşı-qarşıyadır. Necəki, “Alim Qasımov”, “Baloğlan Əşrəfov”, ” Elçin Hüseynov” və “Namiq Qaraçuxurlu” Azərbaycan və Türkiyə sənətkarları, tehranda konsert izni ala bilmişlər ama azərbaycan şəhrlərində yox.

Keçən həftə “Peyman Keyvani”-dən öz inistagram hesabında yayımlandığı kimi bu türk pop səbkinin sənətkarı türkcə mahnılar ifa etdiyi səbəbdən konsert izni ala bilmədiynə görə gitarına od vurub və “Ərdəbilin Kültür İdarəsinin” ayrımçıl siyasətləri onu əzəyitə saldığı üçün başqa ölkəyə köçməyindən xəbər verdi.

Bu görüntünün yayılmasıyla, yolpress müxbiri, daha dəqiq bilgilər almaq üçün, bu türk sənətkarla bir danışıq aparıb.

Bu türk sənətkarı gitarını sındırıb, eləcə yandırmaq barədə dedi: konsert izni almaq üçün, 40 gün öncə icazənamə almaq üçün başvuru etmək gərəkir və mən bu iqdamları edərək müdirlərdən Avqust ayına konsert izni və salon sözü aldım. Bir neçə gün sonra bu sözlərini danaraq, 13 il boyunca yeritdiyi siyasətləri davam etdirməyə qərar verdilər, halbuki yerli olmayan sənətkarlar çox rahatcasına konsert icazəsi alırlar, ancaq Ərdəbil sənətkarlarına konsert üçün icazənamə verilmir.

Keyvani davam etdi: mən səhnəyə çıxmaq yaxud gözə görünmək istəyim yoxdur, sadəcə mənim ürək ağrım buna görədir ki, öz şəhərim Ərdəbildə, bir sənətkar olaraq mənə konsert icazənaməsi verilmir və daha maraqlısı budur ki, mənim sənətkar sığortası yerinə fəhlə sığortası varımdır, çünki  “Ərdəbil kültür idarəsi” məni sənətkar kimi qəbul etmir. Halbuki mənim bəstələrim və mahnılarım 5 il Ərdəbil tv-sindən yayımlanıb, eləcə də illərdir əsərlərim, milli sənətkar olaraq başqa bölgələrdə, hətta başqa ölkələrdə də milli televiziya, “Ava” radyosu və başqa medyalarda yayımlanır, ancaq bütün bu durumları nəzərə alaraq, mənə sənətkar sığortası verilməyib, və mənim mahnılarım və bəstələrim Azərbaycan opratorıanda ən tərəfdarlı ۵ zənqlərın birisidir.

O, artırdı Ərdəbil sorumluları özgə pərəstlik səbəbilə daha çox qeyri-doğma sənətkarlara meydan açmağa çalışıraq, Ərdəbil sənətkarlarını min bir çətinliyə salırlar.

Bu sənətkar sonunda artırdı: mən 8 il öncə farsca mahnı albomu nəşr etdim, albomun farsca olduğu çoxlu himayətlərə səbəb oldu, ancaq ana dilimdə mahnı ifa etmək istədiyim zaman sorumlular konsert izni belə mənə vermədilər. Bütünlüklə mən farsca musiqi ifa etsəydim çoxlu şəkildə himayət olunacaqdım, ancaq Azərbaycan musiqisini çalışmaq istədiyim üçün bu dəstklər məndən əsirgənir.

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *